📱 Mobil Applikasiyamız:Artıq telefonunuzda! Linzaları daha asan və endirimlə sifariş edin.
Ekspert Bələdçisi

Kontakt Linzaları Bələdçisi və Resept Oxuma

Linzaların düzgün seçimi, taxılması, saxlanması və həkim reseptindəki terminlərin sadə izahı.

1. Həkim Reseptini Necə Oxumalı?

Reseptdəki əsas abbreviaturalar və parametrlər

OD (Oculus Dexter)

Sağ Göz

Sağ göz üçün təyin olunan optik dərəcələr

OS (Oculus Sinister)

Sol Göz

Sol göz üçün təyin olunan optik dərəcələr

SPH / PWR (Sphere / Power)

Optik Güc (Sferik Dərəcə)

Miyopiya üçün Mənfi (-), hipermetropiya üçün Müsbət (+)

BC (Base Curve)

Baza Əyriliyi (məs: 8.6 mm)

Linzanın göz buynuz qişasına oturma əyriliyi

CYL & AXIS (Astigmatism)

Silindr və Ox (Astiqmatizm)

Yalnız torik (astiqmat) linzalar üçün tələb olunur

DIA (Diameter)

Linzanın Diametri (məs: 14.2 mm)

Linzanın ümumi kənar ölçüsü

2. Linzanı Necə Düzgün Taxmalı və Çıxarmalı?

1

Əllərin gigiyenası: Linzaya toxunmazdan əvvəl əllərinizi sabunla yuyun və tüksüz dəsmalla tam qurulayın.

2

Linzanın düzgün forması (Pialo/Qab qaydası): Linzanı sağ şəhadət barmağınızın ucuna qoyun. Kənarları yuxarı baxan düzgün fincan formasında olmalıdır.

3

Gözə yerləşdirmə: Digər əlinizlə yuxarı göz qapağını qaldırın, aşağı qapağı dartaraq linzanı ehmalca göz bəbəyinə yerləşdirin və yavaşca qırpın.

3. Əsas Qulluq və Təhlükəsizlik Qaydaları

Nələri ETMƏLİSİNİZ:

  • Hər axşam linza qabındakı məhlulu təzəsi ilə əvəz edin.
  • Linza qabını hər 1-2 aydan bir yenisi ilə dəyişin.
  • İstifadə müddətinə (aylıq linzalar 30 gün) ciddi əməl edin.

Nələri ETMƏMƏLİSİNİZ:

  • Linzaları heç vaxt krant suyu ilə yumayın.
  • Gecə taxılmasına icazə olmayan linzalarla yatmayın.
  • Öz linzanızı heç kimə taxmağa verməyin.

Linza Seçimində Kömək Lazımdır?

Həkim reseptinizin şəklini WhatsApp xəttimizə göndərin, 2 dəqiqə ərzində sizə uyğun orijinal linzanı seçək!

Ana SəhifəKataloqWhatsAppKabinet